...

Futbol üzrə Dünya Çempionatı Meksikada keçirilməyə bilər

Dünya xəbərləri Materials 24 Fevral 2026 16:50 (UTC +04:00)
Futbol üzrə Dünya Çempionatı Meksikada keçirilməyə bilər
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Futbol üzrə qarşıdan gələn dünya çempionatının bəzi oyunları hüquq-mühafizə orqanları ilə narkokartellər arasında yaşanan toqquşmalar səbəbindən Meksikadan başqa ölkəyə köçürülə bilər.

Trend bu barədə xarici KİV-ə istinadən məlumat verir.

Məlumata əsasən, Beynəlxalq Futbol Federasiyasının (FİFA) rəsmiləri vəziyyət nəzarətdən çıxacağı təqdirdə müxtəlif variantları nəzərdən keçirməyə başlayıblar.

Bildirilir ki, oyunların başqa ölkəyə keçirilməsi məsələsi yalnız son variant kimi təhlükəsizlik qurumlarının nümayəndələri və kommersiya tərəfdaşları ciddi narahatlıq ifadə etdikləri halda gündəmə gətiriləcək.

Qeyd edək ki, futbol üzrə 2026-cı il dünya çempionatının bu yay ABŞ, Meksika və Kanadada keçirilməsi nəzərdə tutulub. Dünyanın ən mötəbər idman turniri 11 iyunda başlayacaq və 18 iyulda yekunlaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti