Bakı. Trend:
Avstraliya Rusiya ilə əlaqəli 180 fiziki şəxsə, şirkətə və “kölgə donanmasına” qarşı yeni sanksiyalar tətbiq edib.
Trend xəbər verir ki, bu barədə Avstraliyanın Baş naziri Entoni Albaneze “X” səhifəsində məlumat paylaşıb.
Hökumət başçısı bildirib ki, Moskvanın Kiyevə münasibətdə apardığı siyasət beynəlxalq hüququ pozur.
Albaneze bu addımları “qanunsuz və qəbuledilməz” adlandıraraq qeyd edib ki, yeni sanksiyalar Rusiya Federasiyasının rəhbərliyinə təzyiqi artırmağa yönəlib. Baş nazirin sözlərinə görə, Avstraliyanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların sayı 1800-ü ötüb.
