Bakı. Trend:
Bu gün səhər saatlarında İranın mərkəzində yerləşən İsfahan vilayətinin Dorçe şəhərində helikopter qəzaya uğrayıb.
Bu barədə Trend İran KİV-ə istinadən xəbər verir.
Məlumata görə, helikopter şəhərin meyvə-tərəvəz bazarının ərazisində yerə çırpılıb. Hadisənin texniki nasazlıq nəticəsində baş verdiyi bildirilir.
İranın İsfahan vilayəti Qırmızı Aypara Cəmiyyəti idarəsinin müdiri Mohsen Momeni bildirib ki, hadisə nəticəsində indiyə qədər 4 nəfər ölüb, 1 nəfər yaralanıb.
İranın İsfahan vilayəti Fövqəladə Hallar İdarəsinin baş direktoru Mənsur Şişə Foruş yerli mediaya açıqlamasında qeyd edib ki, İran ordusunun Hərbi Hava Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində pilot və pilot köməkçisi ölüb.
