...

Binəqədidə 12 min manatlıq oğurluq edənlər saxlanılıblar

Hadisə Materials 24 Fevral 2026 17:04 (UTC +04:00)
Binəqədidə 12 min manatlıq oğurluq edənlər saxlanılıblar
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Paytaxtın Binəqədi rayonunda evlərdən silsilə oğurluqlar edilib. Naməlum şəxs müxtəlif vaxtlarda rayonun Biləcəri və Sulutəpə qəsəbələrində yerləşən dörd evdən ümumilikdə 6435 manat dəyərində nağd pul, qızıl-zinət və məişət əşyaları oğurlayıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilir ki, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 39 yaşlı X. Rüstəmov müəyyən edilərək saxlanılıb. O, taladığı pullarla rayon ərazisində mağazaların birindən alış-veriş edib.

İdarə əməkdaşlarının keçirdikləri digər tədbir nəticəsində rayon ərazisindəki evlərin birindən 6 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən 23 yaşlı İ.Feyzullayev də saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti