...

Pakistan və Əfqanıstan sərhədində toqquşma baş verdi

Dünya xəbərləri Materials 24 Fevral 2026 21:21 (UTC +04:00)
Pakistan və Əfqanıstan sərhədində toqquşma baş verdi

Bakı. Trend:

Pakistan və Əfqanıstan sərhədində silahlı toqquşma baş verib.

Trend-in məlumatına görə, bu barədə Əfqanıstanın "TOLO News" televiziya kanalı mənbələrə istinadən xəbər verib.

Məlumata əsasən, Əfqanıstanın Nəngərhar vilayətinin Nazian rayonunda, Durand xətti yaxınlığında iki ölkənin sərhədçiləri arasında toqquşma baş verib. Xinhua xəbər agentliyi İslam əmirliyinin hakimiyyət orqanlarına istinadən bildirib ki, sərhəddəki vəziyyətin artıq normallaşıb.

Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti