...

BMT rəsmisinə Azərbaycanda WUF13-ə hazırlıq barədə məlumat verilib (FOTO)

Siyasət Materials 24 Fevral 2026 09:26 (UTC +04:00)
BMT rəsmisinə Azərbaycanda WUF13-ə hazırlıq barədə məlumat verilib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev fevralın 23-də BMT-nin Azərbaycanda yeni təyin olunan müvəqqəti rezident əlaqələndiricisi İqor Qarafuliçlə görüşüb.

Bu barədə Trend-ə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Anar Quliyev qonağa Azərbaycanın milli prioritetləri və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq post-münaqişə dövründə həyata keçirilən bərpa-quruculuq proseslərində əldə olunan irəliləyişlərdən bəhs edib.

Həmçinin 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunması və may ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq barədə ətraflı məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti