...

Azərbaycanda özəl sənaye məhəllələrinin formalaşdırılması işləri açıqlanıb

İqtisadiyyat Materials 24 Fevral 2026 11:49 (UTC +04:00)
Azərbaycanda özəl sənaye məhəllələrinin formalaşdırılması işləri açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda özəl sənaye məhəllələrinin yaradılması istiqamətində hüquqi baza artıq formalaşdırılıb.

Trend xəbər verir ki, bunu bu gün İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov rəhbərlik etdiyi qurumun ötən il üzrə fəaliyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, özəl sənaye məhəllələri dövlət, özəl və bələdiyyə torpaqlarında yaradıla bilər:

"Qərarlar sahibkarların təşəbbüsü əsasında qəbul edilir. Sahibkarların müraciətinə uyğun olaraq investor qeydiyyata alınır və müəyyən edilmiş şərtlər çərçivəsində sənaye məhəlləsi statusu əldə edir. 2025-ci ilin dekabr ayınadək İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən 2 özəl sənaye məhəlləsi qeydə alınıb. Eyni zamanda bu sənaye məhəllələri üzrə ötən il bir rezident qeydiyyatı baş tutub. Bu mexanizm regionlarda sahibkarlığın inkişafına və istehsal imkanlarının genişləndirilməsinə əlavə təkan verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti