...

Yanvarda BTC vasitəsilə Türkiyə ərazisindən nəql olunan neftin həcmi açıqlandı

Energetika Materials 24 Fevral 2026 14:33 (UTC +04:00)
Yanvarda BTC vasitəsilə Türkiyə ərazisindən nəql olunan neftin həcmi açıqlandı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar ayında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyə ərazisindən 16,125 milyon barrel neft nəql olunub.

Bu barədə Trend Türkiyənin “BOTAŞ” şirkətinə istinadən xəbər verir.

Müqayisə üçün 2025-ci ilin yanvar ayında bu göstərici 17,571 milyon barrel təşkil edib. Beləliklə, nəql olunan neftin həcmi 1,446 milyon barrel və ya 8,2 faiz azalıb.

Xatırladaq ki, 2025-ci ildə Türkiyə ərazisi ilə BTC vasitəsilə 206,434 milyon barrel neft nəql olunub.

Müqayisə üçün 2024-cü ildə bu göstərici 224,142 milyon barrel təşkil edib. Beləliklə, nəql olunmanın həcmi 7,9 faiz azalıb.

2002-ci ilin avqust ayında layihənin icrası üçün təsis edilmiş BTC Co. şirkətində pay bölgüsü aşağıdakı kimidir: bp (30.10%), SOCAR (32.97%), MOL (8.90%), TPAO (6.53%), Eni (5.00%), TotalEnergies (5.00%), ITOCHU (3.40%), ONGC Videsh (3.10%), ExxonMobil (2.50%) və INPEX (2.50%).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti