...

Oğuzda qəza: sürücü və sərnişinlər yaralandı

Hadisə Materials 24 Fevral 2026 09:49 (UTC +04:00)
Oğuzda qəza: sürücü və sərnişinlər yaralandı
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Bu gün gecə saat 02 radələrində Oğuz rayonunun Bayan kəndi ərazisindən keçən hissəsində avtoqəza qeydə alınıb.

Trend-in məlumatına görə, Qaraməryəm-İsmayıllı -Şəki avtomobil yolunun Oğuz rayonunun Bayan kəndi ərazisindən keçən hissəsində “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb.

Belə ki, hadisə nəticəsində sürücü 23 yaşlı Səddam Allahverdiyev, sərnişinlər 24 yaşlı Cəmil Şərifli və 25 yaşlı Okan Həmidli xəsarət alıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti