...

Bu rayonlara qar yağır

Cəmiyyət Materials 24 Fevral 2026 17:19 (UTC +04:00)
Bu rayonlara qar yağır
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Fevralın 24-ü saat 17:00-a olan faktiki hava açıqlanıb.

Trend Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, fevralın 24-ü saat 17:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.

Belə ki, Bakıda və Abşeron yarımadası, eyni zamanda Balakən, Gəncə, Naftalan, Şəmkir, Ceyrançöl, Tovuz, Şirvan, Ağsu, Qax (Sarıbaş), Zaqatala, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Tərtər, Bərdə, Goranboy, Mingəçevir, Yevlax, Göyçay, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Astara, Ağdama yağış, Daşkəsən, Gədəbəy, Şahbuz, Şahdağ, Xınalıq, Quba, Qusar, Şəkiyə isə qar yağır.

Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Balakən, Qax (Sarıbaş), Zaqatala, Şəki, Şamaxı, Qobustan, Qusar, Qrız, Göyçay, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 200-500 metrədək məhdudlaşır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti