Bakı. Trend:
İran ən qısa müddətdə ədalətli bir razılaşma əldə etmək əzmi ilə Cenevrədə ABŞ ilə danışıqları bərpa edəcək.
Trend-in məlumatına görə, bu barədə İran xarici işlər naziri Abbas Araqçı "X" sosial şəbəkəsində yazıb.
"Əvvəlki danışıqlar mərhələsində əldə edilən razılaşmalara əsasən, İran ən qısa müddətdə ədalətli və bərabər razılaşma əldə etmək əzmi ilə Cenevrədə ABŞ ilə danışıqları bərpa edəcək", - deyə o bildirib.
Nazir qeyd edib ki, qarşılıqlı maraqları nəzərə alan və qarşılıqlı fayda təmin edən misli görünməmiş bir saziş bağlamaq üçün tarixi bir fürsət var: "Razılaşma əldə edilə bilər, amma yalnız diplomatiyaya üstünlük verildiyi təqdirdə", - deyə o əlavə edib.
