...

Ödənişli yollarda sürət həddi ilə bağlı qanun qəbul edildi - RƏQƏMLƏR

Cəmiyyət Materials 24 Fevral 2026 11:42 (UTC +04:00)
Ödənişli yollarda sürət həddi ilə bağlı qanun qəbul edildi - RƏQƏMLƏR
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Ödənişli avtomagistrallarda sürət həddi müəyyənləşəcək.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Yol hərəkəti haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsində yaşayış məntəqələrindən kənarda minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri üçün sürət həddinin saatda 130 kilometr, digər avtobuslar, yedəyində qoşqu aparan minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri üçün isə saatda 90 kilometrdən çox olmayan həddə müəyyən edilməsi təklif olunur.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Qeyd edək ki, ölkəmizdə avtomagistraldan ödənişli yol kimi istifadə edilməsi qaydaları Nazirlər Kabinetinin 2019-cu il 6 mart tarixli Qərarı ilə müəyyən edilib.

Xatırladaq ki, "M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni avtomobil yolunun 129 kilometrlik hissəsinin ödənişli yol kimi müəyyən edilməsinə dair tədbirlər haqqında" Nazirlər Kabinetinin 2023-cü il 5 sentyabr tarixli Qərarı qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti