Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Tehranla nüvə proqramı ətrafında razılıq əldə etməyə üstünlük verəcəyini açıqlayıb, lakin eyni zamanda İslam Respublikasına qarşı yenidən güc tətbiq oluna biləcəyi barədə xəbərdarlıq edib.
Trend xəbər verir ki, o, bu fikirləri "Truth Social" sosial şəbəkəsində paylaşıb.
“Qərarı mən verirəm. Mən razılaşma əldə etməməkdənsə, razılaşma əldə etməyi üstün tuturam. Əgər saziş baş tutmasa, bu, həmin ölkə və təəssüf ki, onun xalqı üçün çox ağır gün olacaq. Çünki onlar böyük və gözəl xalqdır və belə pis hadisə ilə üzləşməməlidirlər”, – deyə Amerika lideri ABŞ-nin İrana qarşı mümkün hərbi addımlarına işarə edərək qeyd edib.
