...

La Liqa klubu baş məşqçisi ilə yollarını ayırdı

İdman Materials 24 Fevral 2026 21:00 (UTC +04:00)
La Liqa klubu baş məşqçisi ilə yollarını ayırdı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniya La Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, "Malyorka" Yaqoba Arrasate ilə yollarını ayırıb.

47 yaşlı müütəxəssis uğursuz nəticələrə görə istefaya göndərilib. Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Yaqoba Arrasate 2024-cü ilin yayında "Malyorka"nın baş məşqçisi vəzifəsində təyin olunmuşdu. Komanda La Liqada 25 turdan sonra 24 xal toplayıb və turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti