Bakı. Trend:
Avropa Şurasının Prezidenti Antonio Koşta Macarıstanın Ukraynaya 90 milyard avro məbləğində kredit ayrılmasını bloklamasını Avropa İttifaqına hörmətsizlik kimi qiymətləndirib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
O bildirib ki, Macarıstan hakimiyyətinin Kiyevə 90 milyard avro həcmində kreditin verilməsini bloklaması Aİ səviyyəsində qəbul olunmuş qərarlara hörmətsizlik nümayişidir.
“Biz 18 dekabr tarixində əldə olunmuş və Ukraynaya 90 milyard avro ayrılmasını nəzərdə tutan razılaşmaları yerinə yetirməyə borcluyuq. Heç kim Avropa Şurasının qərarlarına hörmətsizlik edə bilməz”, – deyə Koşta mediaya açıqlamasında vurğulayıb.
Nəşrin məlumatına görə, Budapeşt “Drujba” neft kəməri vasitəsilə yanacaq tədarükü ilə bağlı Ukraynanı yaranmış diplomatik qarşıdurma səbəbindən maliyyə yardımını bloklamaqla hədələyib. Kiyev Rusiyanı Mərkəzi Avropa ilə birləşdirən bu marşrutdan istifadəni dayandırıb ki, məqalə müəlliflərinin fikrincə, bu addım Avropa ölkələrində enerji böhranına səbəb ola bilər.
