...

Son 10 ildə sənaye zonalarında 19 milyard manatdan çox məhsul satılıb - Sədr

İqtisadiyyat Materials 24 Fevral 2026 11:06 (UTC +04:00)
Son 10 ildə sənaye zonalarında 19 milyard manatdan çox məhsul satılıb - Sədr
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin sonuna kimi İqtisadi Zonaların İnkişafı Agentliyinin idareəetməsində olan sənaye zonalarında 138 rezident və 13 qeyri-rezident qeydiyyatdan keçib. Ümumi investisiya portfeli 8,7 milyard manatdan artıq olan layihələr üzrə sahibkarlar tərəfindən 7 milyard manat faktiki sərmayə yatırılıb.

Trend xəbər verir ki, bunu bu gün İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov rəhbərlik etdiyi qurumun ötən il üzrə fəaliyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, sənaye zonalarında 82 müəssisə fəaliyyətə başlayıb və 9700-dən artıq daimi iş yeri yaradılıb: "2015-2025-ci illərdə sənaye zonalarında ümumi dəyəri 19 milyard manatdan artıq məhsul satışı həyata keçirilib, bunun da 6 milyard manatdan artıq hissəsi ixrac edilib. Bu rəqəmlər sənaye zonalarının artıq formalaşmış və dayanıqlı bir sənaye mühitinə çevrildiyinin göstəricisidir".

O eyni zamanda qeyd edib ki, iqtisadi zonalarda xarici sərmayənin payı da illər üzrə əhəmiyyətli dərəcədə artıb: "Belə ki, əgər 2016-cı ildə cəmi 10,4 milyon xarici investisiya cəlb olunmuşdusa, yalnız 2025-ci ildə bu rəqəm 87,9 milyon manat səviyyəsinə çatıb.

Bu rəqəmlər iqtisadi zonalarımızın beynəlxalq investorlar üçün cəlbediciliyinin davamlı olaraq artdığını aydın şəkildə göstərir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti