...

Dialoq qlobal fikir ayrılıqlarının aradan qaldırılmasında həlledici rol oynayır - ÜST rəhbəri (VİDEO)

Cəmiyyət Materials 24 Fevral 2026 14:41 (UTC +04:00)
Dialoq qlobal fikir ayrılıqlarının aradan qaldırılmasında həlledici rol oynayır - ÜST rəhbəri (VİDEO)
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
Bütün xəbərlər

Bakı. Trend:

Artan qlobal fikir ayrılıqlarının aradan qaldırılması və etimadın bərpası üçün dialoq həlledici önəm daşıyır.

Trend xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus 12-14 mart tarixlərində keçiriləcək XIII Qlobal Bakı Forumu ilə əlaqədar videomüraciətində deyib.

“Biz dərin dəyişikliklər və ciddi parçalanmaların baş aldığı dövrdə yaşayırıq. Belə məqamlarda dialoq bir dəbdəbədeyil, zərurətdir. Dialoq bizə hökm verməzdən əvvəl dinləməyə, razılaşmazdan əvvəl anlamağa və sarsılmış etimadı yenidən bərpa etməyə imkan verir”, - deyə o qeyd edib.

O, fikir ayrılıqlarının aradan qaldırılması və sülhün möhkəmləndirilməsi istiqamətində birgə səylərin vacibliyini vurğulayıb.

“Bakı Forumunda liderlər və mütəfəkkirlərlə bir araya gəlməyi səbirsizliklə gözləyirəm və sizi də birlikdə çalışaraq parçalanmaları aradan qaldırmağa və daha dinc gələcəyin formalaşdırılmasına töhfə verməyə dəvət edirəm”,- deyə Qebreyesus əlavə edib.

Qeyd edək ki, 12–14 mart 2026-cı il tarixlərində “Keçid mərhələsində olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumunun keçirilməsi planlaşdırılır. 2013-cü ildə yaradılmış və Nizami Gəncəvi Beynəlxaq Mərkəzi tərəfindən təşkil olunan forum hazırda vəzifədə olan və sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatlar və alimlər üçün regional və qlobal siyasətin müzakirə edildiyi platforma rolunu oynayır.

Yeni forum regionda diplomatik fəallığın artdığı bir dövrə təsadüf edir və əsas diqqət geosiyasi keçid prosesləri və beynəlxalq təhlükəsizlik məsələlərinə yönələcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti