...

Süni intellektin təhsildə tətbiqi hələ sual altındadır - Vüsal Xanlarov

Cəmiyyət Materials 24 Fevral 2026 11:58 (UTC +04:00)
Süni intellektin təhsildə tətbiqi hələ sual altındadır - Vüsal Xanlarov
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Süni intellektin təhsildə tam olaraq necə reallaşdırılması sual altındadır.

Trend xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov bu gün “Təhsilin rəqəmsallaşması” mövzusunda media nümayəndələri üçün brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, süni intellekt sahəsində dünya hələ də aydınlaşdırma mərhələsindədir:

"Təhsildə necə tətbiq olunacağı hələ sual altındadır. Bunun üçün tədris planlarının da dəyişməsi vacibdir. Tədbirlər davam etdirilir. Süni intellektin tətbiqində əsas məqsədlərdən biri müəllimə şagirdə daha çox zaman ayırmağa şərait yaratmaqdır. Bir neçə metodologiyanı rəqəmsallaşdırmaq mümkündür, bu da müəllimə dəstək olacaq. Süni intellektin tənbəl müəllim və şagirdlər yetişdirib-yetirməyəcəyi məsələsinə gəlincə, deməliyəm ki, süni intellekt daha çox məlumatları təhlil edir. Müəllimlər üçün süni intellektin tətbiqinin əsas məqsədi isə onların işini asanlaşdırmaqdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti