Bakı. Trend:
Serbiyanın hüquq-mühafizə orqanları ölkə Prezidenti Aleksandar Vuçiçə qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinən iki şəxsi həbs edib.
Trend xəbər verir ki, bu barədə Serbiyanın Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Açıqlamada qeyd olunub: “Daxili İşlər Nazirliyinin əməkdaşları D.R. (1975-ci il təvəllüdlü) və M.R.-ni (1983-cü il təvəllüdlü) saxlayıb. Onlar Serbiya Respublikasının konstitusiya quruluşunu zorla dəyişdirmək, silah əldə etməklə yüksək dövlət orqanlarını devirmək, həmçinin Serbiya Respublikasının Prezidentinə, onun həyat yoldaşına və uşaqlarına, eləcə də Daxili İşlər Nazirliyinin əməkdaşlarına sui-qəsd cəhdində şübhəli bilinirlər.”
Şübhəlilər barəsində həbs qətimkan tədbiri seçilib, cinayət işi isə Kralevodakı Ali Prokurorluğa göndəriləcək.