...

Şagirdlər üçün yeni köməkçi hazırlanır

Cəmiyyət Materials 24 Fevral 2026 11:30 (UTC +04:00)
Şagirdlər üçün yeni köməkçi hazırlanır
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Şagirdlər üçün Rəqəmsal məktəb layihəsi çərçivəsində "Rəqəmsal köməkçi" təqdim ediləcək.

Trend xəbər verir ki, bunu bu gün Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Təhsilin rəqəmsallaşması” mövzusunda media nümayəndələri üçün keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, hər il nazirlik tərəfindən təhsil müəssisələri 40 min - 50 min kompüterlə təmin edilir:

"2026-cı ildə də bu təchizat davam etdirələcək. Rəqəmsal məktəb layihəsi çərçivəsində şagirdlər üçün rəqəmsal köməkçi hazırlanır. Bu alətin köməyilə şagirdlər süni intellekt əsaslı işi öyrənəcəklər".

O qeyd edib ki, Rəqəmsal məktəb layihəsinin istifadəçi sayı 900 mini keçib: "Bunların 500 mindən çoxu şagirddir. Eyni zamanda, 360 min valideyn qeydiyyatdan keçib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti