...

Azərbaycanın sənaye zonalarında ötən il 4 milyard manata yaxın məhsul satışı həyata keçirilib - Seymur Adıgözəlov

İqtisadiyyat Materials 24 Fevral 2026 11:05 (UTC +04:00)
Azərbaycanın sənaye zonalarında ötən il 4 milyard manata yaxın məhsul satışı həyata keçirilib - Seymur Adıgözəlov
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə sənaye zonalarında ümumilikdə 4 milyard manata yaxın məhsul satışı həyata keçirilib, bunun da 1,2 milyard manatı ixracın payına düşüb. Ötən illə müqayisədə istehsal 21,1 faiz, ixrac isə 13,4 faiz artıb.

Trend xəbər verir ki, bunu bu gün İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov rəhbərlik etdiyi qurumun ötən il üzrə fəaliyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, bu gün sənaye zonalarında istehsal edilən məhsullar dünyanın 70-dən çox ölkəsinə ixrac olunur:

"Bütün bunların nəticəsi olaraq, ötən il qeyri-neft sənaye məhsullarının istehsalında sənaye zonalarının payı 19,1 faiz, qeyri-neft ixracında isə 33,9 faiz təşkil edib. Bu göstəricilər sənaye zonalarının qeyri-neft iqtisadiyyatında əsas dayaqlardan birinə çevrildiyini göstərir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti