...

ABŞ-yə gətirilən mallara 10% rüsum tətbiq ediləcək - Qanun qüvvəyə mindi

Dünya xəbərləri Materials 24 Fevral 2026 10:50 (UTC +04:00)
ABŞ-yə gətirilən mallara 10% rüsum tətbiq ediləcək - Qanun qüvvəyə mindi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-yə idxal edilən mallara tətbiq olunan gömrük rüsumlar qüvvəyə minib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Gömrük və Sərhəd Mühafizəsi Xidməti (CBP) məlumat yayıb.

Qurumun açıqlamasında bildirilir ki, 24 fevral 2026-cı il tarixində ABŞ-nin Şərq Sahilləri vaxtı ilə saat 00:01-dən (Bakı vaxtı ilə 09:01) etibarən xaricdə istehsal olunaraq ABŞ-yə gətirilən və ya anbarlardan göndərilən bütün mallara 10% həcmində rüsum tətbiq edilir. Bu tədbir 150 gün – yəni 24 iyul 2026-cı il tarixinədək qüvvədə olacaq.

Ağ Evin nümayəndəsi NBC News telekanalına bildirib ki, Vaşinqton administrasiyası qlobal idxal rüsumlarının 15%-ə qədər artırılması ilə bağlı ayrıca fərman üzərində işləyir. Lakin həmin sənədin prezident Donald Tramp tərəfindən nə vaxt imzalanacağı dəqiqləşdirilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti