...

ABŞ, Kanada və Danimarka Arktikada birgə hərbi təlimlərə başladılar

Dünya xəbərləri Materials 24 Fevral 2026 07:24 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Silahlı Qüvvələrinin Şimali Amerika Birləşmiş Aerokosmik Müdafiə Komandanlığı və Şimal Komandanlığı Arktika bölgəsində Kanada və Danimarka ilə birlikdə təlimlərin başlandığını açıqlayıb.

Trend xəbər verir ki, bununla bağlı açıqlama ABŞ Silahlı Qüvvələrinin Şimal Komandanlığının rəsmi saytında dərc olunub.

Bildirilib ki, “Arktika Sərhədi 2026” adlı səhra təlimi fevralın 23-dən martın 13-dək Alyaskadan Qrenlandiyaya qədər müxtəlif ərazilərdə keçirilir.

Təlimlərdə Danimarka və Kanada ilə yanaşı, Alyaska Milli Qvardiyası, eləcə də ABŞ-nin müxtəlif qurumları, o cümlədən Federal Təhqiqat Bürosu və Sahil Mühafizəsi iştirak edir.

Qeyd olunub ki, manevrlərin məqsədi döyüş hazırlığını artırmaq, mövcud imkanları nümayiş etdirmək və ABŞ ilə Arktika regionundakı tərəfdaşları arasında əməkdaşlığı daha da gücləndirməkdir.

Tapşırıqlar sırasında qanadlı raketlərə qarşı müdafiə tədbirlərinin həyata keçirilməsi, pilotsuz uçuş aparatlarına qarşı mübarizə, həmçinin Arktika şəraitində sağ qalma və hərəkət bacarıqlarının tətbiqi yer alır.

Xəbər lenti

Xəbər lenti