...

"Yuventus" ABŞ millisinin üzvü ilə anlaşdı

İdman Materials 24 Fevral 2026 19:43 (UTC +04:00)
"Yuventus" ABŞ millisinin üzvü ilə anlaşdı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Yuventus" mövsümün sonunda müqaviləsi başa çatan Ueston Makkenni ilə razılığa gələ bilir.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, A Seriyası nəhəngi amerikalı yarımmüdafiəçi ilə yeni sözləşmə imzalayacaq.

Makkenni ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilənin şərtləri razılaşdırılıb. 27 yaşlı futbolçunun illik maaşı 4 milyon avro olacaq.

Qeyd edək ki, "Yuventus" Ueston Makkennini 2021-ci ilin yayında "Şalke"dən transfer edib. ABŞ millisinin üzvü bu mövsüm Turin təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 7 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti