Bakı. Trend:
24 fevral 2026-cı il tarixində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “Wood” şirkətinin icraçı prezidenti Stiv Nikol ilə görüşüb.
Trend bu barədə SOCAR-a istinadən xəbər verir.
Görüşdə tərəflər arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub, birgə həyata keçirilən layihələrin icra vəziyyəti müzakirə edilib.
Söhbət zamanı SOCAR-ın ölkə daxilində və xaricdə həyata keçirdiyi layihələr, eləcə də “midstream”, “upstream”, “downstream”, bərpaolunan enerji, rəqəmsallaşdırma sahələrində əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Böyük Britaniyanın “Wood” şirkəti 160 ildən artıqdır ki, enerji və materiallar sahəsində mürəkkəb və strateji əhəmiyyətli çağırışların həlli üçün mühəndislik, məsləhət və əməliyyat xidmətləri göstərir.
Sənayenin rəqəmsallaşdırılması, dekarbonizasiyası və optimallaşdırılması istiqamətində ixtisaslaşmış mütəxəssisləri ilə şirkət mürəkkəb sənaye aktivləri üçün innovativ və praktik həllər təqdim edir.
