...

"Fənərbaxça"da zədə böhranı yaşanır

İdman Materials 24 Fevral 2026 18:45 (UTC +04:00)
"Fənərbaxça"da zədə böhranı yaşanır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Fənərbaxça"da "Kasımpaşa" ilə 1:1 hesablı heç-heçədən sonra zədə böhranı yaşanır.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən qarşılaşmanın ilk hissəsində Çağlar Söyüncü və Jayden Osteruolde zədələnərək meydanı tərk etmək məcburiyyətində qalıblar.

Anderson Taliska və qapıçı Ederson görüşü tamamlasalar da, oyunun sonunda hər iki futbolçunun ciddi ağrılarının olduğu müəyyənləşib.

Məlumata görə, Çağlar Söyüncünün 2-3 həftə, Jayden Osteruolde, Ederson Moraes və Anderson Taliskanın isə təxminən 3 həftə meydanlardan kənarda qalacağı gözlənilir. Heyətdəki digər zədəlilərdən Milan Şkriniarın 4, Edson Alvaresin isə təxminən 6 həftəyə heyətə qayıdacağı bildirilir.

Qeyd edək ki, Şkriniar, Osteruolde, Ederson, Taliska və Çağlar milli komandaların oyunları ilə bağlı yaranacaq fasiləyə qədər keçiriləcək 6 matçı buraxmalı olacaqlar. Edson Alvaresin isə "Beşiktaş" və ya "Kayserispor"la oyunlara qədər sağalması proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti