Gültəkin Hacıbəyli sərbəst buraxıldı (YENİLƏNİB)

Cəmiyyət Materials 25 Fevral 2026 00:28 (UTC +04:00)
Gültəkin Hacıbəyli sərbəst buraxıldı (YENİLƏNİB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Milli Şura"nın üzvü, sabiq deputat Gültəkin Hacıbəyli sərbəst buraxılıb.

Trend-in məlumatına görə, Gültəkin Hacıbəyli Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində ifadə verdikdən sonra sərbəst buraxılıb.

18:33

xxx

"Milli Şura"nın üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin evində axtarış aparılıb.

Trend-in əldə etdiyi məlumata əsasən, Ramiz Mediyev və digərləri barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi çərçivəsində, DTX tərəfindən Gültəkin Hacıbəylinin şahid qismində ifadə verməyə dəvət olunduğu məlum olub.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində başlanan cinayət işi ilə bağlı Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Cinayət işi çərçivəsində AXCP sədri Əli Kərimli, onun müşaviri Məmməd İbrahim, AMEA katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının keçmiş əməkdaşı Eldar Əmirov həbs edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti