...

Yeni nəsil “F-35” qırıcılarının süni intellektlə sınaqları keçirilib

Dünya xəbərləri Materials 24 Fevral 2026 13:58 (UTC +04:00)
Yeni nəsil “F-35” qırıcılarının süni intellektlə sınaqları keçirilib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hərbi-sənaye şirkəti “Lockheed Martin” beşinci nəsil “F-35” qırıcı təyyarəsinin hərbi süni intellekt (Sİ) ilə sınaqlarını həyata keçirib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Korporasiyanın açıqlamasına görə, ABŞ-nin Nevada ştatında keçirilən sınaq uçuşu zamanı “Lockheed Martin tərəfindən hazırlanmış və öyrədilmiş süni intellekt modeli radiasiya mənbələrinin identifikasiyasında mövcud qeyri-müəyyənliyi aradan qaldıraraq situasiya məlumatlılığını artırıb və pilotun qərar qəbul etmə prosesindəki gecikməni azaldıb”.

Qeyd olunur ki, bu, beşinci nəsil platformaya inteqrasiya edilmiş altıncı nəsil texnologiyalarının nümayişidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti