Bakı. Trend:
ABŞ-nin şərq sahillərinə daxil olmuş güclü qar fırtınası özü ilə rekord miqdarda qar gətirərək, 5 mindən çox hava reysinin təxirə salınmasına səbəb olub.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
ABŞ-nin Milli Hava Xidməti (NWS) məlumatına görə, Rod Aylend və Massaçusets ştatlarının bəzi bölgələrində qarın hündürlüyü təxminən 94 sm çatıb, "Central Park" ərazisində isə 48 sm artıq qar yağıb.
Şərq sahillərində 600 mindən çox obyekt, o cümlədən ev elektrik enerjisiz qalıb. ABŞ-nin nüfuzlu qəzetlərindən biri olan “The Boston Globe”un redaksiyası fırtına səbəbindən 153 illik tarixində ilk dəfə çap versiyasını nəşr edə bilməyəcəyini bildirib.
Region üzrə nəqliyyat hərəkəti ciddi şəkildə məhdudlaşdırılıb, bəzi ştat və şəhərlərdə fırtınanın ən şiddətli mərhələsində səyahət qadağaları tətbiq olunub.
