Bakı. Trend:
Bu gün Misli Premyer Liqasında bir oyun keçirilib.
Trend xəbər verir ki, 14-cü turundan təxirə salınmış matçda “Qəbələ” öz meydanında “Turan Tovuz”u qəbul edib. Oyun qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, ötən il dekabrın 25-də oynanılan "Qəbələ" - "Turan Tovuz" matçı qatı duman səbəbindən 24-cü dəqiqədə yarımçıq dayandırılmışdı. PFL-in qərarına əsasən, görüş yeni oyun kimi keçirilib.
Bu nəticədən sonra Tovuz klubu 40 xalla üçüncü, Qəbələ təmsilçisi isə 15 xalla onuncu pillədə qərarlaşıb. Bu komandaların ilk dövrədəki oyununda “Turan Tovuz” 1:0 hesablı qələbə qazanıb.
