...

Xaçmaz RİH-də əkin mövsümünə hazırlıq üzrə tədbirlər planı müzakirə edilib (FOTO)

Gündəm Materials 24 Fevral 2026 14:50 (UTC +04:00)
Xaçmaz RİH-də əkin mövsümünə hazırlıq üzrə tədbirlər planı müzakirə edilib (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətində qarşıdan gələn yaz əkin mövsümünə hazırlıq və qəhvəyi mərmər bağacığına qarşı mübarizə üzrə tədbirlər planının icra vəziyyəti ilə bağlı iclas keçirilib.

Trend xəbər verir ki, tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, aqrar sahədə çalışan mütəxəssislər, su təsərrüfatına cavabdeh olan şəxslər, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri və fermerlər iştirak ediblər.

İclasda əsas diqqət əkin sahələrində mövcud olan problemlərin, o cümlədən suvarma sistemlərinin vəziyyəti, torpaqların meliorasiyası, gübrə və toxum təchizatı məsələlərinin həllinə yönəldilib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev qeyd edib ki, Prezident İlham Əliyev aqrar sahəni ölkə iqtisadiyyatının prioritet istiqamətlərindən biri kimi qiymətləndirir və bu sahənin inkişafına daim xüsusi diqqət yetirir. Dövlət başçısının tapşırıqları əsasında kənd təsərrüfatı istehsalçılarının dəstəklənməsi, müasir texnologiyaların tətbiqi və ixrac potensialının artırılması məqsədilə genişmiqyaslı islahatlar həyata keçirilir. Xaçmaz rayonunda da bu istiqamətdə ardıcıl tədbirlər uğurla icra olunur.

Elnur Rzayev bildirib ki, məhsuldarlığın artırılması üçün aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi, fermerlərlə daimi əlaqənin gücləndirilməsi vacibdir. Həmçinin, yaz əkinlərində istifadə olunacaq texnikaların sazlığı yoxlanılmalı, yanacaq-sürtkü materialları ilə təminat təşkil edilməlidir. Əkin sahələrinin və meyvə bağlarının normal suvarılması üçün nəzərdə tutulan meliorativ tədbirlər vaxtında icra edilməlidir. İcra başçısı bütün qurumları birgə fəaliyyət göstərməyə, mövsümi işlərə maneə yarada biləcək çatışmazlıqların operativ şəkildə aradan qaldırılmasını tapşırıb.

Digər çıxış edənlər də əkin sahələrinin şumlanması, əkin növbəliliyinin gözlənilməsi və zərərvericilərə qarşı mübarizə tədbirlərinin əvvəlcədən planlaşdırılması zərurətini vurğulayıblar.

İclasda həmçinin qəhvəyi mərmər bağacığına qarşı mübarizə üzrə tədbirlər planının icra vəziyyəti, zərərvericinin qışlama dövründə aparılan monitorinqlərin nəticələri, mövsümə uyğun görülən işlər, həmçinin əhali arasında maarifləndirmənin daha da genişləndirilməsi məsələləri müzakirə olunub. Bu sahədə təxirəsalınmaz tədbirlərin davam etdirilməsinin zəruriliyi vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti