...

Ukrayna xalqının kompromislərə hazır olduğunu düşünürəm - Zelenski

Dünya xəbərləri Materials 24 Fevral 2026 16:27 (UTC +04:00)
Ukrayna xalqının kompromislərə hazır olduğunu düşünürəm - Zelenski
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna xalqının müharibənin başa çatması üçün kompromislərə hazır olduğunu hesab etdiyini bildirib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Zelenski Kanadanın “CBC News” telekanalına verdiyi müsahibədə danışıb.

“Düşünürəm ki, ukraynalılar ölkənin ləyaqətinin və müstəqilliyinin itirilməsi ilə nəticələnməyəcək istənilən kompromisslərə hazırdırlar”, -deyə o bildirib.

Zelenski eyni zamanda Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı üçtərəfli (ABŞ, Ukrayna, Rusiya) danışıqlar prosesinə münasibət bildirib. Dövlət başçısı jurnalistin danışıqlar prosesinə güvənib-güvənmədiyi ilə bağlı sualına belə cavab verib:

“Bu güvənib-güvənməmək məsələsi deyil. Biz üzərimizə düşən vəzifəni görməliyik... Düzdür, biz düşmənik, amma onu da yaxşı anlayırıq ki, danışıqlar olmadan, dialoq olmadan heç kim bu müharibəni dayandıra bilməz”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti