Bakı. Trend:
Pakistanın şimal-qərbində yerləşən Xeybər Paxtunkhva əyalətində silahlı şəxslərin polis avtomobilini atəşə tutması nəticəsində, biri yüksək rübtəli polis zabiti olmaqla yeddi nəfər həyatını itirib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, hadisədən sonra əraziyə xeyli sayda polis qüvvələri göndərilib. Hücumu həyata keçirən şəxslərin müəyyənləşdirilərək tutulması üçün geniş-miqyaslı əməliyyata başlanılıb.
Hücuma görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.
Ölən polis zabitinin –yerli polis rəisinin müavini olduğu açıqlanıb.
