...

Ötən il Qarabağ və Şərqi Zəngəzurda tikinti-quraşdırma işlərinə sərf edilən vəsait məlum olub

İqtisadiyyat Materials 24 Fevral 2026 14:24 (UTC +04:00)
Ötən il Qarabağ və Şərqi Zəngəzurda tikinti-quraşdırma işlərinə sərf edilən vəsait məlum olub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə əsas kapitala 5,087 milyard manat investisiya yönəldilib.

Trend-in Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, bu göstərici 2024-cü ildəki göstərici ilə müqayisədə 1,126 milyard manat və ya 18,1% azdır.

Məlumata əsasən, sözügedən zona üzrə əsas kapitala yönəldilmiş investisiyaların 4,968 milyard manatı tikinti-quraşdırma işlərinə sərf edilib ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 1,115 milyard manat və ya 18,3% azalma deməkdir.

Dövr ərzində tikinti-quraşdırma işləri üzrə investisiyaların həcmi Ağdam rayonunda 740,017 milyon manat, Şuşa rayonunda 381,594 milyon manat, Füzuli rayonunda 274,430 milyon manat, Xankəndi şəhərində 336,913 milyon manat, Xocalı rayonunda 172,023 milyon manat, Xocavənd rayonunda 163,607 milyon manat, Ağdərə rayonunda 79,511 milyon manat, Tərtər rayonunda 21,959 milyon manat, Bərdə rayonunda 18,058 milyon manat, Ağcabədi rayonunda 17,223 milyon manat təşkil edib.

Eyni zamanda 2025-ci ildə Şərqi Zəngəzur iqtisadi rayonunda əsas kapitala yönəldilmiş investisiyalardan tikinti-quraşdırma işlərinə 2,763 milyard manat sərmayə yönəldilib. Sözügedən sahə üzrə investisiyaların həcmi Kəlbəcər rayonunda 994,592 milyon manat, Zəngilan rayonunda 731,007 milyon manat, Laçın rayonunda 448,259 milyon manat, Cəbrayıl rayonunda 349,964 milyon manat, Qubadlı rayonunda isə 239,303 milyon manata bərabər olub.

Qeyd edək ki, 2025-ci ildə ümumi respublika üzrə əsas kapitala yönləndirilmiş investisiyaların həcmi 21,226 milyard manat olub ki, bu sərmayələrin 16,018 milyard manatını tikinti-quraşdırma işlərinə sərf edilən investisiyalar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti