...

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizində dəmir yolunun istismara verilməsi üçün səy göstərilir - İranlı nazir (ÖZƏL MÜSAHİBƏ)

Dünya xəbərləri Materials 25 Fevral 2026 08:00 (UTC +04:00)
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizində dəmir yolunun istismara verilməsi üçün səy göstərilir - İranlı nazir (ÖZƏL MÜSAHİBƏ)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin istismara verilməsində İran, Rusiya, Azərbaycan səylər göstərir.

Bunu Trend-ə özəl müsahibəsində İranın yol və şəhərsalma naziri Fərzanə Sadeq deyib.

Onun sözlərinə görə, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində dəmir yolu ilə çatışmayan hissə İranın şimalında yerləşən Rəşt-Astara dəmir yoludur.

Sadeq deyib ki, bu dəmir yolu xətti Rusiya ilə əldə olunan razılaşma və anlaşma memorandumları çərçivəsində həyata keçirilir. Hazırda dəmir yolu xəttinin keçəcəyi ərazinin mülkiyyətinin satın alınması həyata keçirilir.

“Ötən 1,5 il ərzində mülkiyyətin satın alınması prosesi sürətlənib. 21 marta qədər dəmir yolu xəttinin keçəcəyi ərazinin mülkiyyəti tam şəkildə 160 kilometri satın alınacaq. Dəmir yolu xəttinin keçəcəyi 125 kilometr Rusiya tərəfinə tikinti işləri ilə əlaqədar təhvil verilib ki, tikinti üzrə tədqiqatları və araşdırmaları həyata keçirsin”, - deyə o bildirib.

İranlı nazir qeyd edib ki, bu dəmir yolu xəttinin tikintisi və nəqliyyat vasitələrinin satın alınması Rusiya tərəfinin krediti əsasında həyata keçiriləcək.

“Razılaşmaya əsasən 2030-cu ilə qədər Rəşt-Astara dəmir yolunun tikintisinin başa çatdırılması nəzərdə tutulur. Hər iki tərəf bu istiqamətdə səy göstərir. Azərbaycan da bu istiqamətdə səylər göstərir.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə Hindistandan Finlandiyaya qədər dəniz yolu ilə müqayisədə daha tez çatdırılacaq”, -deyə o qeyd edib.

İranın yol və şəhərsalma naziri müsahibənin davamında İranda böyük əhəmiyyət kəsb edən strateji Çabahar-Zahidan dəmir yolu xəttinə də toxunub və bu dəmir yolu xəttinin tikintisi ilə əlaqədar ötən illərdə bir sıra addımların atıldığını bildirib.

Sadeq bildirib ki, ötən 1,5 il ərzində bu dəmir yolu xəttinin tikintisi ilə əlaqədar əməliyyat işləri daha da sürətləndirilib. Növbəti bir ay ərzində Çabahar-Zahidan dəmir yolu xətti üzrə relslərin düzülməsi işi başa çatdırılacaq.

“Yaz fəslində isə sözügedən dəmir yolu xəttinin istifadəyə verilməsi nəzərdə tutulur. Bu, çox mürəkkəb dəmir yolu xəttidir, çünki çoxlu sayda tunel və körpülər tikilməli idi.

Bu dəmir yolu xəttinin əhəmiyyəti ondan ibarətdir ki, beynəlxalq sular Çabahar limanı vasitəsi ilə İranın Zahidan şəhərinə və İranın dəmiryol şəbəkəsinə qoşulur. Bu isə o deməkdir ki, İranın şərqində yerləşən ölkələr, Orta Asiya ölkələri, İranın cənubu və qərbindəki ölkələr də İranın dəmiryol şəbəkəsinə birləşdiyi üçün Çabahar-Zahidan dəmir yolu ilə beynəlxalq sulara çıxış əldə edəcəklər”, -deyə o qeyd edib.

İranlı nazir əlavə edib ki, Çabahar-Zahidan dəmir yolu xəttinin tikintisi tam şəkildə yerli mütəxəssislər tərəfindən həyata keçirilib. Bu dəmir yolunun tikintisi zamanı bir sıra problemlər ( ötən il İrana qarşı 12 günlük hərbi hava hücumları və bır sıra digər aktlar) yaransa da, ötən iki il ərzində tikinti işləri dayandırılmayıb.

Sadeq deyib ki, bu dəmir yolunun istifadəyə verilməsi ilə beynəlxalq sular vasitəsi ilə daşınan yüklər İranın şimalındakı ölkələrə və əks istiqamətdə çatdırıla biləcək. Dəmir yolu xətti, həmçinin məsafəni də ciddi şəkildə azaldacaq. Məsafənin qısalması isə sahibkarlara və iş adamlarına İran seçimindən istifadə etmək imkanını yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti