...

FİFA dünya çempionatı qabağı Meksikadan təhlükəsizlik zəmanəti istədi

İdman Materials 25 Fevral 2026 00:53 (UTC +04:00)
FİFA dünya çempionatı qabağı Meksikadan təhlükəsizlik zəmanəti istədi

Bakı. Trend:

FİFA rəhbərliyi Meksika hakimiyyət orqanlarından yalnız dünya çempionata oyunlarına deyil, həm də pley-off oyunlarına ev sahibliyi edəcək Meksika şəhərləri olan Qvadalaxara (Xalisko) və Monterreydə (Nuevo Leon) təhlükəsizlik tədbirləri ilə bağlı daha ətraflı məlumat istəyib.

Trend-in məlumatına görə, bu barədə "EFE" agentliyi xəbər verib.

Məlumata əsasən, FİFA narkotik baronu və "Halisck Yeni Nəsil Kartel"in lideri Nemesio Oseguera Servantesin ölümündən sonra, xüsusən də Qvadalaxarada zorakılığın artmasından narahatdır.

Meksika prezidenti Klaudiya Şeynbaum, Xalisko qubernatoru Pablo Lemus və Nuevo Leon qubernatoru Samuel Qarsiya həm turnir iştirakçılarının, həm də azarkeşlərin təhlükəsizliyinin təmin edildiyini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti