...

ABŞ Senatı bu nazirliyin maliyyələşdirmə qanun layihəsini dəstəkləmədi

Dünya xəbərləri Materials 25 Fevral 2026 03:46 (UTC +04:00)
ABŞ Senatı bu nazirliyin maliyyələşdirmə qanun layihəsini dəstəkləmədi

Bakı. Trend:

ABŞ Senatı prosedur səsverməsi zamanı Daxili Təhlükəsizlik Nazirliyinin işinin dayandırılması (şatdaun) ilə bağlı yaranan problemi aradan qaldırmaq üçün zəruri olan nazirliyin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini dəstəkləmədi.

Trend-in məlıumatına görə, bu barədə "C-SPAN" televiziya kanalı xəbər verib.

Əlli senator maliyyə ilinin sonuna qədər (ABŞ-da 30 sentyabrda başa çatır) nazirliyin maliyyələşdirilməsini təmin edən qanun layihəsinin lehinə, 45 senator isə əleyhinə səs verib. Prosedur səsverməsinin öhdəsindən gəlmək üçün ən azı 60 qanunvericinin dəstəyi lazım idi. Buna görə də, nazirliyin şatdaunu davam edir.

Qeyd edək ki, fevralın 14-də Xarici İşlər Nazirliyi maliyyə çatışmazlığı səbəbindən fəaliyyətini qismən dayandırdı.

Xəbər lenti

Xəbər lenti