Bakı. Trend:
Norveçin 89 yaşlı monarxı V Harald fevralın 24-də İspaniyanın Tenerife adasında infeksiya və susuzlaşma səbəbindən xəstəxanaya yerləşdirilib.
Trend-in məlumatına görə, bu barədə sarayın açıqlamasında bildirilib.
"Əlahəzrət Kral bu axşam Tenerifedəki "Hospital Universitario Hospiten Sur" xəstəxanasına aparılıb. Kral infeksiya və susuzlaşmadan müalicə olunur və, məlumatlara görə, vəziyyətinin yaxşı olaraq qiymətləndirilir", - deyə qeyd olunub.
Bildirilib ki, monarxın şəxsi həkimi artıq onun müalicəsinə kömək etmək üçün İspaniya adasına yola düşüb. Kral ailəsi qış tətilini Tenerifedə keçirir.