Bakı. Trend:
Braziliyanın Minas-Jerays ştatında baş verən şiddətli yağışlar nəticəsində ölənlərin sayı 30-a çatıb.
Trend-in məlumatına görə, bu barədə "CNN Brasil" televiziya kanalı xəbər verib.
Məlumata əsasən, daha 39 nəfər hələ də itkin düşmüş hesab olunur.
Qeyd edilib ki, güclü yağışlar ştatda daşqınlara və torpaq sürüşmələrinə səbəb olub. Ən böyük ziyan Juis-de-Fora və Uba şəhərlərində baş verib. Təxminən 440 nəfər evsiz qalıb. Dağılmış binaların dağıntıları altından 13 sakin xilas edilib. Ümumilikdə 208 nəfər xilas edilib və onlar artıq lazımi tibbi yardım alırlar.