Bakı. Trend:
Boliviyanın Santa-Kruz-de-la-Sierra şəhərinin meri Conni Fernandes vəzifə səlahiyyətlərini yerinə yetirərkən səhlənkarlıqda şübhəli bilinərək saxlanılıb.
Trend-in məlumatına görə, bu barədə bu barədə "Red Uno" televiziya kanalı xəbər verib.
Məlumata əsasən, prokurorluq C.Fernandesin təqsirləndirilən şəxs qismində dindirilməsinə gəldikdən sonra onun həbsi üçün order verib. O, nüfuzdan istifadə, vəzifələrinin icrasında səhlənkarlıq və dövlətə iqtisadi ziyan vurmaqda şübhəli bilinir.
C.Fernandesin prokurorluq binası halı pişləşib və o, xəstəxanaya aparıldı. Vəkilinin sözlərinə görə, müvəkkilinin ağır tənəffüs xəstəliyi var.