Bakı. Trend:
Venesuela dünya bazarında satış üçün ABŞ-a 80 milyon barel neft göndərib.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp ABŞ Konqresinin Nümayəndələr Palatasına və Senatına müraciəti ilə çıxışı zamanı deyib.
"ABŞ-ın neft hasilatı gündə 600 min bareldən çox artıb. Və biz yeni dostumuz və tərəfdaşımız Venesueladan 80 milyon bareldən çox neft aldıq", - deyə o bildirib.
Ötən həftə Ağ Ev rəhbəri Corciyadakı polad zavodunda çıxışı zamanı ABŞ-ın Venesueladan 50 milyon barel neft aldığını bildirib.