Bakı. Trend:
Çinin özəl "LandSpace" aerokosmik şirkəti 2026-cı ilin ikinci rübündə təkrar istifadə edilə bilən "ZQ-3" ("Zhuque-3") raketini yenidən işə salmağı planlaşdırır.
Trend-in məlumatına görə, bu barədə Çinin Mərkəzi televiziyası xəbər verib.
Məlumata əsasən, "ZQ-3" raketinin tərtibatçı qrupu raketin eniş prosesini optimallaşdırır. Sınaq uğurlu olarsa, raketin geri qayıtma mərhələsi ilk dəfə bu ilin dördüncü rübündə təkrar istifadə olunacaq.