...

Çilidə yük maşınının partlaması nəticəsində 11 nəfər öldü

Dünya xəbərləri Materials 25 Fevral 2026 07:49 (UTC +04:00)

Bakı. Trend:

Çili paytaxtı Santyaqonun şimalında maye qaz daşıyan yük maşınının partlaması nəticəsində ən azı 11 nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə "BioBio" radio stansiyası xəbər verib.

Səhiyyə departamentindən bildirilib ki, 10 xəsarət alan şəxs xəstəxanadadır. Onlardan altısının vəziyyəti ağırdır və həyati təhlükəsi olan xəsarətləri var.

Qeyd edək ki, fevralın 19-da paytaxtın Renko kommunasında partlayış baş verib. İlkin məlumatlara görə, üç nəfər həlak olub. Partlayış maye qaz daşıyan yük maşınının sürücüsünün idarəetməni itirməsi və yol maneəsinə çırpılması nəticəsində baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti