Bakı. Trend:
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab matçlarına start verilib.
Trend-in məlumatına görə, İspaniyada "Atletiko Madrid" Belçikanın "Brügge" komandasını qəbul edib. Görüş ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
İlk görüşdə 3:3 hesablı heç-heçə qeydə alınıb.
Bununla da ispanlar növbəti raunda yüksəliblər.
"İnter" isə ikinci görüşdə də Norveç klubu “Budyo Qlimt”ə uduzaraq mübarizəni dayandırıb (1:3; 1:2).
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab görüşləri
"Atletiko Madrid" (İspaniya) - "Brügge" (Belçika) 4:1
İlk oyun - 3:3
"Bayer" (Almaniya) - "Olimpiakos" (Yunanıstan) 0:0
İlk oyun - 2:0
"İnter" (İtaliya) - "Budyo Qlimt" (Norveç) 1:2
İlk oyun -1:3
"Nyukasl" (İngiltərə) - "Qarabağ" (Azərbaycan) - 3:2
İlk oyun - 6:1
