...

ABŞ-nin patrul təyyarəsi Hörmüz boğazı üzərində yeni kəşfiyyat missiyaları həyata keçirdi

Dünya xəbərləri Materials 25 Fevral 2026 01:42 (UTC +04:00)
ABŞ-nin patrul təyyarəsi Hörmüz boğazı üzərində yeni kəşfiyyat missiyaları həyata keçirdi

Bakı. Trend

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "P-8A Poseidon" sualtı qayıq əleyhinə patrul təyyarəsi İranın cənubundakı Hörmüz boğazı üzərində növbəti kəşfiyyat missiyası həyata keçirib.

Trend-in məlumatına görə, bu barədə "Flightradar24" aviasiya resursundan bildiriblər.

Məlumata əsasən, təyyarə Bəhreyndəki Şeyx İsa aviabazasından havaya qalxıb. Çoxsaatlıq missiya zamanı o, Hörmüz boğazı üzərindən uçaraq Fars körfəzi ilə Oman körfəzi arasında hərəkət edib. Uçuş aşağı hündürlükdə - təxminən 6 min metrdə həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti