Bakı. Trend:
Yaxın 12–18 ay ərzində Azərbaycan banklarının aktivlərinin keyfiyyəti yüksək səviyyədə qalacaq.
Trend bu barədə “Moody’s”ə istinadən xəbər verir.
Agentlik qeyd edir ki, kredit portfelinin göstəriciləri əlverişli iqtisadi şərait hesabına dəstəklənəcək, borcalanların borc öhdəliklərini yerinə yetirmə qabiliyyəti isə qeyri-neft sektorunun sabit dinamikası və Azərbaycanda ümumi gəlirlərin artması fonunda möhkəmlənəcək.
“Problemli kreditlərin bank sektorunda payı 2025-ci ilin dekabr ayına olan vəziyyətə görə ümumi kredit portfelinin 2,5 faizini təşkil edib (2024-cü ildə 2,4 faiz, 2023-cü ildə isə 2,6 faiz). Problemli kreditlərin ehtiyatlarla qarşılanma səviyyəsi isə yüksək qalaraq 220 faizdən çox olub. Kredit portfelinin göstəriciləri istehlak kreditləşməsi sahəsində sərt normativ tələblərlə dəstəklənəcək, milli valyutanın (manatın) sabitliyi isə xarici valyutada olan kreditlər üzrə (2025-ci ilin dekabr ayına ümumi kreditlərin 14,2 faizi) öhdəliklərin yerinə yetirilməsinə müsbət təsir göstərəcək”, – deyə hesabatda qeyd olunub.
Xəbər yenilənəcək
