...

Azərbaycan banklarının kapitallaşması yüksək səviyyədə qalacaq - "Moody’s"

Maliyyə Materials 25 Fevral 2026 11:14 (UTC +04:00)
Azərbaycan banklarının kapitallaşması yüksək səviyyədə qalacaq - "Moody’s"
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan banklarının kapitallaşması yüksək səviyyədə qalacaq.

Trend bu barədə “Moody’s” agentliyinə istinadən xəbər verir.

“Azərbaycanın reytinqli bankları dayanıqlı kapital buferlərinə malikdir: 2024-cü ilin sonuna məcmu əsas kapital (TCE) orta hesabla risklə ölçülmüş aktivlərin (RWA) 20 faizini təşkil edib. 1 mart 2025-ci ildən Azərbaycanda fəaliyyət göstərən banklar üçün 0,5 faiz həcmində kontrsiklik kapital buferinin tətbiqi kapital mövqeyini əlavə olaraq gücləndirib. Daxili dayanıqlı kapital formalaşmasının bankların yüksək kapitallaşmasına dəstək olmağa davam edəcəyini gözləyirik”, – hesabatda qeyd olunur.

Mərkəzi Bankın məlumatına görə, 31 dekabr 2025-ci il tarixinə Azərbaycanda fəaliyyətdə olan bankların cəmi aktivləri 57,086.2 mln. manat, cəmi öhdəlikləri 49,743.7 mln. manat, balans kapitalı 7,342.5 mln. manat olub. 2025-ci il ərzində bankların cəmi aktivləri 7.7%, cəmi öhdəlikləri 7.2%, balans kapitalı 11% artıb.

Hesabat ayında bankların kredit portfeli 1.3% və ya 377.5 mln. manat artaraq 30,063 mln. manat olub. Kredit portfelinin strukturu:

  • biznes kreditləri – 53.6% (16,106.3 mln. manat);
  • istehlak kreditləri – 31.1% (9,354.2 mln. manat)
  • ipoteka kreditləri – 15.3% (4,602.5 mln. manat).

Ümumilikdə, 2025-ci il ərzində bankların kredit portfeli 9.4% və ya 2,585.4 mln. manat (o cümlədən, biznes kreditləri 1,319.1 mln. manat, istehlak kreditləri 909,3 mln. manat, ipoteka kreditləri 357 mln. manat) artıb. 2025-ci il ərzində banklar 1,161.6 mln. manat xalis mənfəət, 1,862 mln. manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti