...

Azərbaycan nefti ucuzlaşdı

Energetika Materials 25 Fevral 2026 09:27 (UTC +04:00)
Azərbaycan nefti ucuzlaşdı
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın Auqusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,34 ABŞ dolları və ya 1,83% azalaraq 71,97 dollar təşkil edib.

Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,31 dollar və ya 1,85% ucuzlaşaraq 69,36 dollar təşkil edib.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 2,38 dollar və ya 5,68% azalaraq 39,49 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,44 dollar və ya 1,98% azalaraq 71,33 dollar/barel təşkil edib.

Azərbaycanın 2026-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti