...

Zakir Həsənov Türkiyə müdafiə nazirinə başsağlığı verdi

Siyasət Materials 25 Fevral 2026 08:35 (UTC +04:00)
Zakir Həsənov Türkiyə müdafiə nazirinə başsağlığı verdi
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı verib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, başsağlığında deyilir: "Türkiyə Respublikasına məxsus F-16 qırıcı təyyarəsinin qəzaya uğraması nəticəsində bir hərbi qulluqçunun həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi.

Həlak olan hərbi qulluqçuya Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailəsinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti