Bakı. Trend:
Yevlax rayonunda qaz balonu partlayıb.
Trend-in məlumatına görə, hadisə dünən saat 18 radələrində baş verib.
Belə ki, 1969-cu il təvəllüdlü Yevlax rayon sakini Ruslan Sadıqov özünə məxsus Yevlax rayonu, Aran qəsəbəsində yerləşən kafedə olarkən obyektin daxilində mövcud olan maye-qaz balonunun partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisədən dərhal sonra R.Sadıqov Yevlax rayon Mərkəzi
xəstəxanasına yerləşdirilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
